Bazardan təsadüfən 4 min il yaşı olan fincan aldı - FOTO

Baxış sayı:
2314

İngiltərəli Karl Martin antilop şəkilləri ilə bəzədilmiş dulusçu fincanı alıb və onu diş fırçaları üçün altlıq kimi istifadə edib. Lakin sonradan o, təsadüfən fincanın 4 min yaşının olduğunu öyrənib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə "LiveScience" nəşri yazıb.

Bildirilir ki, fincan "bit bazarı" ilə gəzinti zamanı Karlın diqqətini cəlb edib və onu dibçək əvəzi 5 dollara alıb.

Yalnız bir neçə ildən sonra hərrac evində işə düzələn Martin qədim lotlara diqqət yetirib və onların evdəki fincana çox bənzədiyini görüb. Ekspert təhlili göstərib ki, fincan 4 min il əvvəl müasir Əfqanıstan ərazisində hazırlanıb.

"Bu o deməkdir ki, fincanın təqribən 4000 min il yaşı var - kasa Miladdan 2 min il əvvəl hazırlanıb. Bu heyrətamizdir. Lakin fincanın Cənubi Derbişdə avtomobil satılan yerə necə gəlib çıxdığını heç vaxt bilməyəcəyəm", - Karl Martin əlavə edib.