Bazarda kütləvi dava - 7 dəfə BIÇAQLANDI

Baxış sayı: 63

Yaralının vəziyyəti orta-ağırdır
 
Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib.
Bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfər ilə mübahisə edib.
Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.