Bazarda hambal işləmək adıyla getdi, qorxunc quldura və amansız qatilə döndü - Rövşən Şabanovun əməlləri, YENİ DETALLAR

Baxış sayı:
4438

Moskvada əczaçı qadını qətlə yetirmiş Rövşən Şabanovu hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəyə az qalmış izləməyə başlayıblar. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycandan Rusiya paytaxtına gəlmiş şəxs sentyabr ayından bəri burada yaşayıb. Həmyerlilərinə o, bazarda yükdaşıyan işləyəcəyini desə də, Moskvada küçədə piyadalara hücum etməyə başlayıb. Onun hədəfi ağır çantalar daşıyan tənha qadınıar olub, belə ki, Şabanovun düşüncəsinə görə, onlar müqavimət göstərmək iqtidarında olmayacaqdılar. Adəti üzrə, azərbaycanlı miqrant Moskvadakı parklardan birində gizlənirmiş. Burada o, metrodan çıxıb evinə gedən qadınları güdüb. Sonradan qadınların arxasınca bloka girərək, onların çantalarını və üzərindəki dəyərli əşyaları oğurlayıb. Oktyabrın 20-21 tarixlərində iki qadına hücum edib. Oktyabrın 23-də isə “işlər” plan üzrə getməyib. Bədbəxt qadın əmlakı uğrunda mübarizə etməyə qərar verib və bıçaqlanıb. Qurbanını yaralamış Şabanov “payını” da götürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları hadisədən sonra Rövşəni axtarmağa başlasalar da, o, artıq Azərbaycana qaça bilmişdi. Lakin noyabrın 4-də yenidən geri qayıdır. Hüquq-mühafizə orqanlarının işçiləri dərhal onun yaşadığı ünvana gedib pusquda dururlar ki, gələn kimi yaxalasınlar. Lakin Şabanov daha çevik tərpənərək, artıq yaşayış yerini dəyişmişdi. Noyabrın 5-də azərbaycanlı miqrant daha iki qadının əmlakını oğurlayır, bundan bir gün sonra isə 51 yaşlı əczaçı qadının arxasınca düşür. Qadın blokun qabağında təhlükəni hiss edərək dayanır, lakin bu Rövşəni dayandırmır. O, yeniyetmə bir oğlanla bloka daxil olur. Oğlan 3-cü mərtəbədə yaşadığından liftdən istifadə etmir və evinə piyada qalxır. Cani isə öz ovunu gözləməyə başlayır. Bir qədər sonra qadın bloka daxil olur və liftin düyməsini basır. Elə bu an quldur pusqudan çıxır və deyir ki, ona da sonuncu mərtəbəyə qalxmaq lazımdır. Qadınla birlikdə liftə girir. Qadının yaşadığı 13-cü mərtəbəyə yaxınlaşarkən Rövşən ona 10 bıçaq zərbəsi endirir. Maraqlıdır ki, ağır yaralar almasına baxmayaraq, əczaçı qadın liftdə dispetçeri çağırmaq üçün nəzərdə tutulmuş düyməni basmağa macal tapır. Dispetçer qadın isə liftdən gələn qışqırıq səslərini eşidir. Lakin buna çox özünəməxsus şəkildə reaksiya verir. Müstəntiqlər bu əlaqənin audioyazısını araşdıracaqlar. Hələliksə məlumdur ki, qadının “Kömək edin! Nə edirsən? Hamısını götür!” qışqırıqlarını eşidəndən sonra dispetçer qadın “Əminsiniz ki, polis çağırmaq lazımdır?” deyə, qəribə sual verib. Sonradan isə səs kəsildiyi üçün polis çağırmayıb. Əgər həmin an dispetçer qadın polisə zəng etsəydi, cinayətkar “iş başında” yaxalana bilərdi. Çünki o, qətlə yetirdiyi qadınla düz 9 dəqiqə liftdə qalıb, sonradan isə aşağı düşərək sakitcə çıxıb gedib. Cəzasızlığını görən Rövşən noyabrın 8-də daha bir cinayət əməli törədərkən saxlanılıb. Saxlanılarkən, Şabanov əvvəllər Azərbaycanda hüquq-mühafizə orqanlarında işlədiyini bildirib. Hələlik onun yeddi cinayəti barədə məlumat var. Lakin qurbanların sayı daha çox ola bilər.