​Bazar günü qətl edilən şahzadə "AKSA ÜÇÜN SAVAŞIN" çağırışı edibmiş

Muxalifət.az xəbər verir ki, onu həbs eləməyə gələn əsgərlərlə atışma zamanı öldürüldüyü deyilən şahzadə Əbdüləziz bin Fahd ilə bağlı faktlar müəyyən şübhələr oyadır.
Rəsmi açıqlamada bildirilir ki, 44 yaşlı şahzadə Əbdüləziz bin Fahd onu həbs eləməyə gələn asayiş işçiləri ilə mühafizəçiləri arasında baş verən atışma zamanı öldürülüb.
İyul ayında İsrailin müsəlmanların Məscidi-Aksada ibadət etməsinə əngəllər yaratdığı zaman, Fahd öz “Tvitter” səhifəsində yazmışdı: “Əl-Aksa üçün savaşın”.
Birləşmiş ərəb Əmirliklərinin siyasətini də sərt şəkildə tənqid edən Fahddan sosial şəbəkələrdəki paylaşmalarını silmələrini tələb etdikdə belə demişdi: “Yazdıqlarımı silməkdənsə, boynumun vurulmasına razı olaram”.
Qeyd edək ki, Livanın baş naziri postundan istefa verən Saad Hariri “Saudi Oger” şirkətindən şahzadə Fahd ilə ortaq imiş.