BAYRAQSIZ GÖRÜŞ… - Və ya Paşinyanın diplomatik "xilası əməliyyatı"

Baxış sayı:
898

Deyir, rus satqındır, ləyaqətsizdir, bizi türkə satdı...
Deyir, biz arnoidik, bütün dünya arnoid xalqınındır, bizi rus parçaladı, Ermənistan düzəltdi, öz məqsədləri üçün...
Deyir, erməni soyqırımını türklər tək törətməyib, rus da ona o vaxt kömək edib...Rusla terkün həmişə ermənilərlə bağlı gizli ittifaqı olub...
Deyir, doxsanlarda ermənilər Qarabağı öz gücünə döyüşdü, aldı, rus kim idi ki?..
Deyir, rus milləti əyyaş idi, biz onları dinə gətirmişik. Xaç çevirməyi rusa biz öyrətmişik, ermənilər...

Rusiyanın dövlət bayrağını Irəvan küçələrində yandırırlar. Maşınların arxasına bağlayıb sürüyürlər.
Dövlət büdcələrinə Rusiyadan vəsait gəlməsə, məhv olarlar. Üstəlik Rusiyanın onları Cənubi Qafqaza illər öncə yerləşdirməsinin səbəblərini, artıq azyaşlılar da bilir, özləri də...
Hələ Kəlbəcərdə dörd rusiyalı sülhməranlını qətlə yetirmələri lap yeni faktdır.
Indi də Rusiyanın yüksək çinlilərini Rusiya bayrağı olmayan zalda qalrışayır Ermənistqn Prezidenti N.Paşinyan. Əslində buna Paşenyanın siyasi nufuzunu və canını  qurtarmaq əməliyyatı da demək olar. O bayraqsız görüşə Rusiya tərəfindən cəzalandırılması prosesi yenicə bitən Paşenyan belə bir cəsarətdə özbaşına bulunmaz. Olar ki, bir azdan ermənilır özləri,  yazar ki, fake idi, kimsə təəcüblənməz. Çünki biz bir siyasi oyunlar ustası və bir tarixi düşmənlə üzbəüzük.
***
Hə, bir də ola bilər ki, gizləndiyi məlum səfirlikdə rus bayrağı olmayıb və ya görüşmək olar, amma bayraqsız deyiblər. Bunlar da belə döyüşürlər, informasiya ilə, silahsız, görüşləri də bayraqsız...
***
Rus mediası isə indi belə yazır:
Rusiya nə zamana qədər dözəcək Ermənistanın bizi belə aşağılamasına. Sxı kimdir bu haylar? Rus ictimai rəyi də eyni düşüncədədir.
***
Və bir maraqlı detal daha. Dövlət rəsmilərinin protikol qaydalarına görə iki eyni statuslu rəsmi şəxsin görüşündə hər iki dövlətin də bayraqları arxada olmalıdır. Ermənistana Rusiya rəsmilərinin səfərində potokol qaydaya görə nə qədər qəribə səslənsə də, Paşinyan qonaqlarından daha yüksək ranqdan dövlət rəsmisidir. Yəni bir dövlətin (yedək dövlət olsa belə-red) baş naziridir. Onunla görüşən şəxslər isə məhz bu məqam üçün sadəcə regionda sözü keçən dövlətin nazirləridir.  Yəni baş nazirlə eyni statuslu məmur sayılmırlar. Bu kimi protokol qaydaları bilməyə Ermənistan, Rusiya və Azərbaycanda sıravi vətəndaşlar borclu deyillər. Həm də zərif məqam olduğu üçün həssas anlarda yaxşı diplomatik "priyomdur". Bu dəfə öz xalqından Paşinyanın canını "xilası əməliyyatında" keçərli oldu.
***
Bizsə hər iki tərəfin bu münasibətindən indiki halda uğurla istifadə edib, plan cızıb qazanan tərəfik. Uğuruna xeyir, Azərbaycan!

Jalə MÜTƏLLİMOVA
21.11.2020