Bayramı qana bulamaq istədilər: İŞİD-çılar tutuldu

Baxış sayı:
1984

Qanunsuz yollarla Türkiyəyə girməyə çalışan 3 İŞİD üzvü Hatayda tutularaq həbs olunub. Terrorçuların avtomobillərində çox sayda partlayıcı sursat ələ keçirilib.
 
Türkiyəyə girməyə çalışarkən tutulan İŞİD-çılar Hatay vilayətinin Yayladağı mahalında həbs olunub.
Alınan məlumata görə, Yayladağı mahalının Aşağıpulluyazı Məhəlləsinin Suriya ilə sərhədində patrul xidməti icra edən təhlükəsizlik gücləri bir avtomobilin sərhəd pozaraq Türkiyəyə keçməyə çalışdığını təsbit edi.
Edilən müdaxilədən sonra avtomobili dayandıran əsgərlər avtomobildəki A. M, M. H, və C.Z. nəzarətə alınıb.
Avtomobildə edilən axtarışda da çox sayda silah, sursat və partlayıcı maddə ələ keçirilib.
Müxalifət.az