Bayram namazının vaxtı açıqlandı

Baxış sayı:
9528

Sabah Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.
 
Muxalifət.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
Qeyd edək ki, QMİ-nin verdiyi fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edir və həmin gün ölkədə bayram namazı qılınacaq.