Bayram namazının dəqiq vaxtı açıqlandı

Bayram namazının dəqiq vaxt açıqlandıBakıdakı Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı sentyabrın 12-də saat 9:00-da qılınacaq.
Bu barədə “Report”a məscidin axundu hacı Mircəfər Əyyubov məlumat verib.
M.Əyyubov vurğulayıb ki, ölkənin bütün məscidlərində bayram namazı eyni saatda qılınacaq.
Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 12-si və 13-ü tarixlərində qeyd olunacaq.