Bayram Kürdəxanlının ölümündən əvvəl baş verən qəribə olay - VİDEO

Baxış sayı:
3519

ARB TV-nin “Üçəlli” verilişində “Gizlənpaç” filmi ilə bağlı maraqlı sujet yayımlanıb.

Filmlə bağlı qeyri adi və tükürpədən hekayəni aktyor Müşviq Şahverdiyev danışıb:

“Çəkiliş günü içi mən qarışıq hamı kəfən geyinməli idi. Bayram Kürdəxanlı dedi ki, yox mən getdim. Dedik xahiş edirik, iş yarıda qalır axı. Dedi ki, yox qardaşım, kəfənin düşəri-düşməzi olar, geyinə bilmərəm.

Dedim mən də onu geyinəcəm, pessimist düşünmə. Dedi ki, nə geyimdə gəlmişəmsə, o geyimdə çəkilim, alınmırsa, mən gedim. Biz də məcbur razılaşdıq. Bayramı çəkdik. Təəssüf olsun ki, o filmdən sonra Bayram Kürdəxanlı rəhmətə getdi. Çox dəhşətli bir şeydir”.