​Bayılda təhlükə: 43 ev qəzalı vəziyyətdədir

Baxış sayı:
232

"Bayılın Buxta küçəsindəki evlərdə kanalizasiya suları boş sahəyə axıdılır. Yaz ayında orada uçqun baş verib və təxminən 43 evdə qəzalı vəziyyətə düşüb. Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev tamamilə uçub. Həmin evin yanındakı iki evdə də deformasiyalar müşahidə olunur".
Muxalifet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib. 
Onun sözlərinə görə, nazirlik tərəfindən Buxta küçəsi riskli ərazi kimi konturlaşdırılıb. “Ərazidə relyefin mayilliyi təxminən 40 dərəcəyə çatır. Əvvəldən yamac terrasvari kəsilərək boş torpağın üzərində evlər tikilib. Ərazidə bir evin arxa divarı növbəti evin istinad divarı rolunu oynayır. Evlər təhlükədədirlər. Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək".