Bayden prezident seçkilərində qalib gəlib - 270 SƏSİ TOPLAYA BİLİB

Baxış sayı:
1795

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə qalib gəlib.

Bu barədə "Report" CNN, NBC və AP-yə istinadən xəbər verir.

Agentliklərin məlumatına görə, Bayden qələbə üçün lazım olan 270 səsi toplayıb.

Proqnoz Pensilvaniya üzrə yeni məlumatlar fonunda yenilənib. Qeyd edilir ki, Bayden səs fərqində Respublikaçılar Partiyasının namizədi Donald Trampı üstələyib.

Qeyd edək ki, Pensilvaniyada və bəzi ştatlarda səslərin hesablanması rəsmi olaraq başa çatmayıb.