Baxçalıdan Trampa ŞOK sözlər: Baş verənlər əxlaqsızlıqdır

Baxış sayı:
2833

ABŞ-ın prezident kürsüsündə hal-hazırda qalmaqallı və təcavüzkar bir şəxs oturub. Ağ Ev hökuməti tarazlıq və nəzarətdən uzaqlaşıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxış edən MHP sədri Dövlət Baxçalı deyib.
“Heç bir dəyər və ölçünü tanımırlar. Heç bir qaydanı veclərinə almırlar. İnsanlığın rahatlığını təhdid edirlər. ABŞ prezidenti və onun sağ-soluna yerləşmiş pul və sərmayə dəstələri Türkiyənin iqtisadi cəbhəsini məğlub etmək hədəfinə köklənib. Tramp müttəfiqliq hüququnu heçə sayıb. Baş verənlər tək kəlimə ilə utancvericidir. Üzqızardan bir ayıb və əxlaqsızlıqdır”, - Baxçalı bildirib.