​Baxçalıdan S-400 raketlərinin alınmasını istəməyən quruma sərt reaksiya: “Kimdən nə alacağımızı NATO-danmı soruşacaqdıq?”

Muxalifət.az xəbər verir ki, MHP lideri Dövlət Baxçalı partiyasının qrup iclasında gündəmlə bağlı açıqlamalar verib. Baxçalı Türkyənin Rusiyadan almaq istədiyi S-400 raketinə qarşı çıxan NATO-ya sərt reaksiya verib: “Kimdən nə alacağımızı NATO-danmı soruşacaqdıq? Ölkəmiz NATO-ya 1952-ci ildə üzv olub, ancaq NATO asayiş və dincliyimiz üçün hansı fədakarlıq və fəaliyyətlər göstərib? Harada çirkli və gizli bir əlaqə şəbəkəsi varsa, içərisində NATO barmağı olduğu iddia edilib. NATO Türkiyəni necə təhdid edə bilir? Sizin probleminiz nədir? Özünüzü nə hesab edirsiniz? Türkiyə müstəqil bir ölkədir, xoşuna gəlməyən nəsə varsa, öz məsələsidir. İstədiyi silahı ala biləcək. Kompası, istiqaməti çaşan varsa, ya komediya filminə baxıb gülsün, ya da öz halına yanıb, iki gözü iki bulaq olub ağlasın. Biz NATO-ya yox, Katoya baxırıq. Ürəyimiz kimdən istəsə, ondan silah alarıq. Hamı yerini-yurdunu bilsin. Onlar gedib villalarda oturub NATO-nun tütəyini çalsınlar. Biz Ankaradan dünyaya 29 oktyabr şüuru ilə baxırıq.  Tam müstəqil bir şəkildə sonra qədər yaşayacağıq. Buna dözə bilməyənlər varsa, bu güclü ehtimaldır, lazım gələrsə, son nəfəsimizə qədər müstəqilliyimizi müdafiə edəcəyik. NATO-filan bilmərik, qarşımızda əngəl olmaq istəyənləri də yıxıb keçərik”.