​Baxçalıdan Ərdoğana Qüdslə bağlı təşəkkür

Baxış sayı:
4122

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP lideri Dövlət Baxçalı arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflərin dünən İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısını müzakirə etdiyi bildirilib.
Toplantının məhsuldar keçdiyini bildirən Baxçalı əldə edilən uğurdan dolayı prezidenti təbrik edib.
MHP lideri eyni zamanda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasının son dərəcə önəmli olduğunu qeyd edib.
Öz növbəsində Ərdoğan da Baxçalıya göstərdiyi diqqət və ehtirama görə təşəkkürünü bildirib.