​Baxçalı Yıldırımın yerinə gətirilir? - Ekspert istisna etmir

Baxış sayı:
13270

AKP-nin MHP-yə ittifaq jesti Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyi ola bilər.
Muxalifet.az yerli KİV-ə istinadla bildirir ki, bunu türkiyəli ekspert Məhməd Əli Kulat deyib.
“Bir ehtimal hazırda ciddi şəkildə müzakirə olunur. Dövlət Baxçalının TBMM sədri olmaq ehtimalı böyükdür. Dövlət Baxçalı belə bir tələblə çıxış etməsə də, Ərdoğan bir jest kimi bunu edə bilər”, – Kulat bildirib.
Xatırladaq ki, bir müddət əvvəl mediada TBMM sədri Binəli Yıldırımın spikerlikdən istefa verəcəyi barədə məlumatlar yayılmışdı. Artıq onun İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı postuna namizəd göstərildiyi bildirilir.