Baxçalı “FOX TV” müxbirinə cavab verdi: “TÜLKÜLÜK EDİRSİNİZ” - VİDEO

Baxış sayı:
13777

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı yerli seçkilərlə bağlı açıqlama verdiyi zaman onun sözlərini təhrif edən FOX TV müxbirinə etirazını bildirib. İngilis dilində “fox” (“foks” kimi oxunur) kəlməsinin “tülkü” mənasını verdiyinə işarə vuran Baxçalı deyib: “Siz FOX olaraq, heç bir şeyi düzgün başa düşmürsünüz. Tülkülük edirsiniz, özünüz üçün, ortalığı qarışdırırsınız”.
Baxçalının çıxışından sonra FOX TV müxbiri belə bir sual vermişdi: “Deyəsən erkən ümumi seçkilərdən danışırsınız, elə deyilmi? Səhv başa düşməmişəm ki?”
Baxçalı isə cavabında deyib: “Siz FOX olaraq, heç bir şeyi düzgün başa düşmürsünüz. Yordunuz artıq. Təbii ki, İstanbulu nəzərdə tuturam. Tülkülük edirsiniz, özünüz üçün, ortalığı qarışdırırsınız”./hurriyyet