"Bavariya” baş məşqçisini istefaya GÖNDƏRDİ

Baxış sayı:
5902

Almaniyanın “Bavariya” klubunda baş məşqçi istefası gerçəkləşib.
Münhen klubu xorvatiyalı Niko Kovaçla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.
Buna komandanın son uğursuzluqları səbəb olub. Bundesliqanın son turunda “Ayntraxt”a 1:5 hesablı məğlubiyyət isə rəhbərliyin səbir kasasını daşırıb. Son çempionun 10 turdan sonra 4-cü pillədə qərarlaşması da belə addım atmağa əsas verib.
Noyabrın 2-də keçirilən oyundan sonra klubdaxili iclasın baş tutduğu və 48 yaşlı mütəxəssisə 2 oyunluq vaxt veriləcəyi bildirilirdi. Lakin sonradan N.Kovaçın istefasını gözlətməmək məqsədəuyğun sayılıb. Komandaya müvəqqəti rəhbərlik etmək isə köməkçi məşqçi Hans Flikə tapşırılıb.
Qeyd edək ki, xorvatiyalı 2018-ci aprelindən “Bavariya”nı çalışdırırdı.