​"Bavariya" Almaniya çempionu oldu

Baxış sayı:
4186

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilib. “Bavariya” klubu liqanın başa çatmasına 5 tur qalmış 29-cu çempionluğunu rəsmiləşdirib.
Muxalifet.az xəbər verir ki, “Bavariya” səfərdə “Aysburq”u böyük hesabla məğlub edib - 1:4. “Münxen”in heyətində Tolisso, Robben, Vaqner, Xames Rodriqez fərqləniblər.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Borussiya M” – “Herta” - 2:1.
“Köln” z “Maynz” - 1:1.
“Frayburg” – “Volfsburq” - 0:2.
“Hannover” – “Verder” - 2:1.
Qeyd edək ki, tura aprelin 8-də və 9-da “Borussiya Dortmund”-“Ştuttqard”, “Ayntraxt”-“Xoffenxaym”, “Hamburq”-“Şalke”, “Leypziq”-“Bayer Liverkuzen” oyunlarından sonra yekun vurulacaq.