​Batumidəki yanğında Cengiz Kurtoğlu ölümlə üzləşdi — Müğənni xəstəxanaya yerləşdirildi

Gürcüstanın Batumi şəhərindəki oteldə baş verən yanğınla bağlı yeni təfərrüatlar üzə çıxıb.
Muxalifet.az xəbər verir ki, yanğın vaxtı otağından çıxa bilməyən sənətçi Cengiz Kurtoğlunu yanğındanmühafizə idarəsinin əməkdaşları xilas edib.
Bildirilir ki, sənətçinin həmin axşam oteldə konserti olmalı imiş. 7-ci mərtəbədə qalan Cengiz xilasedicilər tərəfindən xəsəxanaya aparılıb. Onun tüstüdən zəhərləndiyi bildirilir.
Qeyd edək ki, otel türk iş adamı Erol Avgörenə məxsusdur və yanğın zamanı 12 nəfər həlak olub.