Batumidə ərəblər və gürcülər arasında dava olub, 1 nəfər bıçaqlanıb

Baxış sayı:
3955

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində gürcülər və ərəb turistlər arasında dava olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, insident ötən gecə şaurma kafelərindən birində baş verib.

Gürcülər və iki ərəb turist arasında yaranan mübahisə sonradan qarşıdurmaya keçib. Nəticədə əcnəbilərdən biri bıçaqla 25 yaşlı gürcü gəncə ayağından xəsarət yetirib.

Yaralı Batumi xəstəxanasına çatdırılıb.

Polis insidentlə bağlı araşdırma aparır.