​BATE "Qarabağ"la oyunun hazırlığına başladı

Baxış sayı:
3847

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq BATE oyunun hazırlıqlarına start verib.
Qol.az-ın yaydığı xəbərə görə, Dudinkadakı bazada keçirilən məşqdə zədəsini sağaldan müdafiəçisi Nemanya Milunoviç də iştirak edib.
Qeyd edək ki, "Qarabağ"ın BATE ilə ilk oyunu avqustun 7-də Bakıda, cavab qarşılaşması isə avqustun 14-də Borisovda olacaq.