Başqırdıstandan 19 azərbaycanlı qovuldu

Bu ilin əvvəlindən Başqırdıstan üzrə Məhkəmə Pristavlarının Federal Xidmətinin İdarəsi Rusiyada qalmaq qaydalarını pozan 256 miqrantı ölkədən qovub.
Azvision.az bildirir ki, bu barədə idarənin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, ölkədən 149 Özbəkistan, 45 Tacikistan və 19 Azərbaycan vətəndaşı deportasiya olunub. Rusiyadan çıxarılan şəxslər arasında Qırğızıstan, Türkiyə, Vyetnam və digər ölkələrdən olan şəxslər də var.