Başlarının arxasına maska taxırlar ki... - ÖLÜMDƏN XİLAS OLMAĞIN YOLU

Baxış sayı:
7237

Hindistanda pələng hücumlarından qorunmaq üçün çox maraqlı üsuldan istifadə olunur.

Hurriyyet.org xəbər verir ki, 1989-cu ildə 60 insanın pələng hücumu nəticəsində həlak olmasından sonra bu üsuldan istifadə edilməyə başladığı bildirilir.

Pələnglərin hücum xüsusiyyətlərindən birini kəşf edən meşə işçiləri başlarının arxasında maska taxmağa başlayırlar. Maskaları görən pələnglər bu insanlara hücum etmirlər. Çünki, pələnglə göz-gözə gəldikdə, yaşamaq şansınız artır: pələng özünün göründüyünü güman edərək, başqa ov axtarmağa başlayır.

18 ay içərisində maska taxmayan 29 nəfər pələnglər tərəfindən öldürülüb.

Hurriyyet.org