Başları kəsilən qadınların qatili yaxalandı

Baxış sayı:
5440

Mərakeşli rəsmilər 2 Skandinaviyalı qadını başlarını kəsərək öldürdüyü iddia edilən bir şübhəlinin yaxalandığını bildirib.
 
Beynəlxalq agentliklərin son dəqiqə kodu ilə verdiyi xəbərə görə, Mərakeş rəsmiləri iki Skandinaviya qadının qatilinin yaxalandığını bəyan edib.
Dünən açıqlama verən Mərakeşin Daxili İşlər Nazirliyi Danimarkalı və Norveçli iki qadının cəsədinin Atlas dağlarında tapıldığını ifadə etmişdi.
Dağda cəsədləri tapılan qadınların boyunlarının böyük zərər gördüyü də həmin bəyanatda bildirilmişdi.
Bəzi mətbuat orqanları qadınların başlarının kəsildiyini irəli sürüb.
Müxalifət.az