Başkəsən İŞİD-çı ƏLƏ KEÇİRİLDİ

Baxış sayı:
4102

Türkiyənin Kocaeli vilayətində jandarm tərəfindən keçirilən əməliyyatda terror təşkilatı İŞİD-də təlim verən və əsir alınan Azad Suriya Ordusu (ASO) üzvlərinin başlarını kəsən terrorçu Fehed Əl Saçır yaxalanıb.
 
Kəşfiyyat və hüquq-mühafizə orqanları terror təşkilatlarına nəfəs aldırmırlar və hər an boyunlarının arxasındadırlar. Ötən həftə İŞİD-çı terrorçu Read Hajii-dən sonra bu həftə də terrorçu Fehed Əl Saçır həbs olunub.
Jandarm Komandanlığı, terror təşkilatı İŞİD-də təlim verən və əsir aldıqları ASO üzvlərinin başlarını kəsən Fehed Əl Sacırın Kocaelidə olduğunu müəyyən edib.
 
TERRORÇU DƏRHAL YAXALANDI
 
Jandarm dəstələri, Fehed Əl Sacırın, Başiskele Yeşilyurt Məhəlləsində bir terroçu yuvası yaratdığını müəyyənləşdirib. Jandarmanın toplantı evinə keçirdiyi əməliyyatla Fehed Əl Saçır saxlanılıb. Fehed Əl Sacırın jandarmdakı ifadəsində, əlində ASO əsgərinin başının olduğu, ətrafında öldürən əsgərlərin olduğu fotonun ona aid olduğunu etiraf etdiyi bildirilib.
Fehed Əl Sacırın 2015-2017-ci illər arasında Suriya və İraqda İŞİD adına fəaliyyət göstərdiyi, edamlardan məsul olduğu, təşkilata yeni qoşulanlara təlim verdiyi və qaçaq yollarla keçdiyi Şanlıurfa Kocaeliyə gəldiyi müəyyən olunub.
Fehed Əl Saçır həbs olunaraq həbsxanaya göndərilib.
Digər tərəfdən, kəşfiyyat hesabatlarına görə, Türkiyədə 900-ə yaxın İŞİD terrorçusu var.
Müxalifət.az