Başına sancılmış bıçaqla xəstəxanaya gəldi! Baxın nə soruşdu..

Baxış sayı:
8953

Cənubi Afrikada sahil şəhəri Cape Town yaxınlığında iki adamın hücumuna məruz qalan velosipedçi Ueyn, başından qanlar axaraq özünü xəstəxanaya çatdıra bilib.
 
34 yaşlı Şaun Ueyn-i görənlər dəhşətə gəliblər, ancaq bəstəxanaya başına sancılan 15 santimetrlik bıçaqla piyada gələn Ueyn-in sakit bir şəkildə "Uyğun bir həkim varmı" deyə soruşması isə hamını təəccübləndirib.
Dərhal əməliyyata alınan və möcüzəvi bir şəkildə həyatda qalan adamın şəkli isə sosial mediada paylaşılıb. Velosipedçinin anasına kəllə sümüyünün tam sağalacağını deyən doktor Brendan Venter, Ueyn-nin çox şanslı olduğunu bildirib.
Yerli media, 34 yaşlı bir gəncin velosipedini qəsb etmək istəyən təcavüzkarların bıçaqdan istifadə etdiyini bildirir.
Müxalifət.az