​Başına 300 min qoyulan daha bir terrorçu məhv edildi

Baxış sayı:
5656

Terrorla mübarizə çərçivəsində Türkiyənin Tunceli bölgəsində həyata keçirilən əməliyyatlarda "boz kateqoriya"da yer alan 23 yaşlı terrorçu Mehriban Durmaz zərərsizləşdirilib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib.
Məlumata görə, uzun zamandır ki, axtarışda olan və tapılması üçün 300 min TL (50 min dollar) mükafat qoyulan "Berfin Ararat" kod adlı terrorçu Mehriban Durmaz Tuncelidə terrorçuların mağarasına təşkil edilən əməliyyat zamanı məhv edilib.
Mehriban Durmazla yanaşı, daha 4 qadın terrorçu zərərsizləşdirilib.