​“Başakşəhər” Sivasda büdrəyib

Baxış sayı:
5578

Türkiyə Super Liqasında XXXI tur başlayıb.
ONA-nın məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.
Çempionatın lideri “Başakşəhər” “Sivasspor”un qonağı olub. Meydan sahibləri istanbullulara layiqli müqavimət göstərərək onlardan bir xal alıb – 0:0. Sivasdakı xal itkisi liderin ən yaxın izləyicisi “Qalatasaray”a liderə çatmaq üçün növbəti şans yaradıb. “Sarı-qırmızılar” bu turda “Beşiktaş”la derbi matçına çıxacaq.
Qeyd edək ki, turun digər oyunları mayın 4-6-da keçiriləcək.

Türkiyə Super Liqası
XXXI tur
3 may
“Sivasspor” – “Başakşəhər” – 0:0