Baş redaktor seçkidən çəkildi

81 saylı Beyləqan dairəsindən deputatlığa namizəd, Azərbaycan Mətbuat Şurasının üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas 1 noyabr seçkilərində iştirakdan imtina edib. Modern.azsaytının məlumatına görə, deputatlığa namizədliyini geri götürən T.Abbas bunu 81 saylı Beyləqan seçki dairəsində yaranmış süni gərginliyin getdikcə artması, seçilərin dairədə seçkinin nəticəsini indidən şübhə altına alması və seçkiyə inamsızlığı ilə izah edib.
O, bildirib ki, yerli icra hakimiyyət orqanları bütün resursları namizədliyi YAP tərəfindən irəli sürülmüş, Beyləqan və beyləqanlılarla heç bir əlaqəsi olmayan Şahin İsmayılovun təbliğatına cəlb etdiyini nəzərə alıb seçkidə iştirak etməkdən geri çəkilirir.
“Bununla yanaşı, qeyd edim ki, bu qərarı təkbaşına deyil, seçicilərimin ziyalı kəsimi və yaxın dostlarımla geniş müzakirənin nəticəsi olaraq qəbul etmişəm.
Eyni zamanda, bu qərarı qəbul edərkən, 2000, 2005 və 2010-cu illərdə parlament sekisində qalib gəldiyim halda, mandatın başqasına, YAP-ın namizədinə verilməsi təcrübəsini də göz önünə gtirmişəm.
Odur ki, imzatoplama kampaniyasında iştirak etmiş bütün dostlarıma və imza vermiş seçicilərimə, hər kəsə təşəkkür edirəm. Güman edirəm ki, mənim bu qərarım anlayışla qarşılanacaq və kəskin tərəfdarım olan çoxminli beyləqamlıları ruhdan salmayacaq”.