Baş Prokurorluq Abşeron RİH-də xüsusi əməliyyat aparıldığı barədə xəbəri təsdiqlədi - YENİLƏNİR

Baxış sayı:
2431

Baş Prokurorluğun Mətbuat xidmətindənAbşeron Rayon İcra Hakimiyyətinin binasında aparılan xüsusi əməliyyat barədə məlumatı təsdiqləyiblər.

Mətbuat xidmətindən o da bildirilib ki, əməliyyatın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

Bu dəqiqələrdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH)  binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilir.

RİH əməkdaşlarının virtualaz.org-a verdikləri məlumata görə, əməliyyat zamanı İcra Hakimiyyətinin bir sıra yüksək vəzifəli məmurları saxlanılıblar.

Aldığımız son məlumata görə, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirirlər.

Təfərrüatlar barədə məlumat daha sonra açıqlanacaq.

***

“Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb”.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”, – Mətbuat Xidmətindən bildirilib./report