​Baş prokuror müavininin öldüyü qəzanın - Videosu

Baxış sayı:
4456

Rusiya Baş prokurorunun müavini Saak Karapetyanın da öldüyü vertolyot qəzasının görüntüləri yayılıb.
İlkin məlumata görə, pis hava şəraiti ilə əlaqədar vertolyot ağaclara ilişib və qəza da məhz bu səbəbdən baş verib. Karapetyanla yanaşı, qəzada təcrübəli pilot və onun digər sərnişini də ölüb. 
Kostroma vilayəti hökumətinin mətbuat xidməti isə məlumat yayaraq, vertolyotun rəsmi razılıq olmadan uçuş həyata keçirdiyini açıqlayıb.