​Baş prokuror Məmişovu işdən çıxartdı – YERİNƏ TƏYİNAT OLDU

Baxış sayı:
2230

Baş prokuror Kamran Əliyev daha bir kadır dəyişikliyi edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Kamran Əliyev Rəhim Rasim oğlu Səfərəliyevi Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi təyin edib.
R.Səfərəliyev bu təyinata qədər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru olub.
Qeyd edək ki, ötən gün K.Əliyev 5 rayonun prokuroru ilə bərabər, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi, 3-cü dərəcəli dövlət müşaviri Niyaz Balaca oğlu Məmişovu vəzifəsindən azad etmişdi.