Baş nazirin yanında pambıqçılıqla bağlı MÜŞAVİRƏ KEÇİRİLDİ

Baxış sayı:
5032

Bu gün Baş naziri Novruz Məmmədovun yanında pambıqçılığın inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə tapşırıqlarından irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.