Baş nazirin xanımını polis 10 saat dindirib - İSRAİLDƏ

İsrailin baş nazirinin xanımı Sara Netenyahunu İsrail polisi 10 saat dindirib. O, büdcə vəsaitlərini şəxsi ehtiyaclarına xərcləməkdə şübhəli bilinir.
İstintaq Netenyahunun şəxsi rezidensiyasının elektrik xərcləri, baş nazirin qaynatasına görə işə götürülən tibb bacısının xərcləri, ailə qonaqlıqlarına qida sifarişi və aşbazların tutulması xərcləri üçün Netenyahunun xəzinə vəsaitlərindən istifadə etdiyi barədə informasiyanı yoxlayır.
Netenyahu cütlüyü ittihamları təkzib edir.