Baş Nazirin xanımı koronavirusa yoluxdu - İSPANİYADA

Baxış sayı:
2959

İspaniyanın Baş Naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.

Bu barədə məlumatı ölkənin Nazirlər Kabineti yayıb.

Bildirilib ki, Monkloa Sarayında Baş Nazirə yaxın olan insanlardan götürülmüş analizlər onun xanımı Beqonya Qomesdə müsbət nəticə verib. Baş Nazirinin xanımın səhhətinin stabil olduğu, nəzarət altında saxlanıldığı bildirilir.

Qeyd edək ki, İspaniya hökuməti koronavirusun yayılması səbəbindən ölkədə iki həftəlik fövqəladə vəziyyət elan edib.  İspaniyada 5 mindən çox insan koronavirusa yoluxub, 133 pasiyent dünyasını dəyişib./Qafqazinfo