Baş nazirin xanımı duz-çörəyi yerə atdı - Video

Baxış sayı:
7417

İsrailin baş naziri Benyamin Netanyahunun xanımı Sara Netanyahu Ukraynanın paytaxtı Kiyevdə rəsmi qarşılanma zamanı təklif olunan duz-çörəyi yerə atıb. “Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, Netanyahu və xanımı təyyarədən enən kimi onları Ukraynanın milli geyimində olan üç qız qarşılayır. Onlar qonaqlara duz-çörək təklif edirlər. Netanyahu çörəkdən bir tikə qoparıb duza batıraraq dişləyir və xanımına verir. Sara Netanyahu çaşqın halda çörəyə baxdıqdan sonra onu yerə atır. İsrail mətbuatı yazır ki, Netanyahunun xanımı hələ Ukraynaya uçuşdan əvvəl qəzəbli olub. O, təyyarəyə minərkən onu layiqincə qarşılamadığı üçün laynerin komandirini danlayıb.