​Baş nazirin müavini: "Saxta dərman satışı ilə məşğul olmaq ƏN BÖYÜK CİNAYƏTDİR"

Baxış sayı:
4051

“Saxtakarlıq heç kimə baş ucalığı gətirmir. Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, saxtakarlığa qarşı hər kəs mübarizə aparmalıdır: “Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan qrup ifşa edildi. Belə hallara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək”.