Baş nazirin başına yumurta çırpdılar

Baxış sayı:
4630

 Avstraliyanın baş naziri Skot Morrison seçki kampaniyasını apardığı Albury şəhərində bir qadının yumurta hücumuna məruz qalıb.
 
Avstraliyada 18 may 2019-da keçiriləcək seçki işləri çərçivəsində Yeni Cənubi Uels ştatının Albury şəhərində, “Ölkə Qadınlar Birliyi” (CWA) tərəfindən təşkil olunan tədbirə qatılan baş nazir Morrisona qarşı yumurta hücumu təşkil olunub.
Adı açıqlanmayan 25 yaşlı gənc bir qadın əlində tutduğu yumurtanı mətbuat nümayəndələrinə açıqlama verən Skot Morrisonun başına çırpıb.
Hadisədən sonra qorumalar tərəfindən zaldan çıxarılan və polis tərəfindən nəzarətə alınan qadının bu hərəkəti nə üçün həyata keçirdiyi barədə hər hansı bir açıqlama verilməyib.
Hücum əsnasında qarışıqlıqda yerə yıxılan yaşlı bir qadını qaldıran və halını soruşan baş nazir Morrison, hücuma dair sosial media hesabından apardığı bölgüdə, Alburidə bugünkü hadisə haqqındakı narahatlığım yerə yıxılan yaşlı qadın üçün idi. Ona kömək etdim və sarıldım" deyə qeyd edib.
Müxalifət.az