​Baş nazirdən şahzadənin toyuna 50 minlik hədiyyə

Baxış sayı:
1582

Kanadanın Baş naziri Castin Trudo Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklı evlənmələri münasibəti ilə təbrik edib və onları Kanadaya dəvət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Baş nazirin rəsmi bəyanatında deyilib.
Trudo cütlüyü Kanada hökumətinin adından təbrik edib və onların nikahı şərəfinə imkansız ailələrdən olan uşaqların idman fəaliyyətini təşkil etməklə məşğul olan xeyriyyə cəmiyyəti üçün 50 min dollar bağışladığını qeyd edib.
Xatırladaq ki, şahzadə Harri və aktrisa Meqan Markl ötən gün evləniblər.