Baş nazirdən İsrailə eyham - "QÜDS SİZİN OLA BİLMƏZ"

Qüds sevgisi yaddaşlardan silinə bilməz.
 
Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Beynəlxalq Qüds Vəqfinin toplantısında çıxışı zamanı deyib.
“Bu ümmət ilk qibləsini unutmaz. Bu müqəddəs torpaqlar sahibsiz qala bilməz. Bu torpaqlar müsəlmansız qalmaz. 14 əsrdir İslamın olan Qüdsün dünyanın qəbul etmədiyi işğalla alınması və bəşəriyyətin ortaq mirası olmaqdan çıxarılması qəbuledilməzdir”, - baş nazir bildirib.