Baş nazirdən ikili diplomla bağlı VACİB QƏRARLAR

Baxış sayı:
5920

Baş nazir Əli Əsədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiqləyib.
Muxalifet.az
xəbər verir ki, Qaydalar Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019-2023- cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb.
Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələri, ixtisas proqramları və təhsil səviyyələri bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə seçilir
Azərbaycanın müvafiq ali təhsil müəssisəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
Baş Nazir həmçinn “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nı da təsdiqləyib.
Əli Əsədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun yaradılması haqqında qərar qəbul edib.
Qərara əsasən, qrup, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində yaradılır.
İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – ARDNF) vəsaiti hesabına maliyyələşdirilir.