​BAŞ NAZİR ƏR-RİYADDAN QAÇDI

Livan Baş naziri Səid Həriri Səudiyyə Ərəbistanını tərk edib.
Bu barədə informasiyanı SDP agentliyi yayıb. Agentlik Həririnin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə getdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Həriri istefa qərarını Səudiyyə Ərəbistanında açıqlamışdı. O, belə addım atmasına səbəb kimi İranın ona qarşı sui-qəsd hazırlamasını göstərmişdi.
Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı. Mətbuat Ər-Riyadın bununla Livana təzyiq etmək istədiyini vurğulamışdı.