BAŞ NAZİR QAXARİYA İSTEFA VERDİ, MÜXALİF LİDERİN HƏBSİ TƏXİRƏ SALINDI - Gürcüstanda siyasi skandal

Baxış sayı:
870

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın həbsi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefa verməsidir.

Qeyd edək ki, hökumət başçısının istefası xəbəri VMHP-nin ofisində alqışlarla qarşılanıb.