​Baş nazir Musa Pənahova yeni vəzifə verdi

Baxış sayı:
6477

İllərdir nəqliyyat sahəsində çalışmış, peşəkar kadrlardan olan sabiq nazir müavini Musa Pənahov yeni vəzifəyə təyin edilib.
BAKU.WS-in eksklüziv olaraq əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov əmr imzalayıb. 
Qərara əsasən Musa Pənahov Nazirlər Kabinetində şöbənin (şöbənin adı hələlik açıqlanmır-red.) müdir muavini təyin olunub. 
Qeyd edək ki, Musa Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb.
1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cı il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Fəxri Dəmiryolçudur.
Ailəlidir, 2 övladı var.