​Baş nazir küçədə ZİBİL YIĞDI - Foto

Baxış sayı:
5584

Kosova baş naziri Ramuş Haradinay paytaxt Priştina küçələrində zibil toplayıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Kosovayı təmizləyək" şüarı ilə ölkədə təşkil edilən aksiyaya qoşulan baş nazir əhaliyə örnək olub.
O, küçələri çirkləndirənlərə səslənərək ətraf mühiti təmiz saxlamağa çağırıb:
"Təmiz bir Kosovada yaşamaq istəyirsəniz, əlinizdəki tullantıları küçələrə deyil, zibil qutularına atın. Avropada olmaq istəyən Kosova təmiz olmalıdır".