​Baş nazir Keşikçidağdan danışdı: Həll edəcəyik

Baxış sayı:
7315

Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya və demarkasiya prosesinə başlanılacaq.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib.
Baş nazir sərhədin müəyyən olunması üzrə prosesin çətin və çox zəhmət tələb edən olduğunu qeyd edib:
“Mən çox yaxşı başa düşürəm ki, bu məsələ gürcülər üçün çox emosionaldır. Mən hamını yoxlanılmamış informasiyalardan çəkinməyə çağırıram. Gürcüstan və Azərbaycan dost və tərəfdaşdırlar. Biz bu məsələni həll edəcəyik”.