​BAŞ NAZİR HARİRİNİ RİYADDAN BURAXDILAR – Bu gün Parisə getdi

Muxalifət.az xəbər verir ki, bu gün Livanın Riyadda istefa bəyanatı vermiş baş naziri Saad Hariri ilə həyat yoldaşını aparan təyyarə Fransa paytaxtının Le Burje hava limanında yerə enib. Hariri Parisə Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə gəlib.
Onun Parisdə bir neçə gün qalacağı, oradan isə rəsmi istefa ərizəsini Livan prezidentinə təqdim eləmək üçün Beyruta yollanacağı gözlənilir.