Baş həkim işdən azad olundu, ölkəni tərk edərək ALMANİYAYA GETDİ

Baxış sayı:
4006

Sumqayıtda baş həkim tutduğu vəzifədən azad olunub.
Muxalifet.az-ın xeberle.com-a istinadən məlumatına görə, Sumqayıt şəhər 1 saylı poliklinikanın baş həkimi Mətanət İsmayılova tutduğu vəzifədən azad olunub. M. İsmayılovanın baş həkim postundan öz ərizəsinə əsasən azad edildiyi deyilir. Onun yerinə isə hələlik təyinat olmayıb.
Qeyd edək ki, M. İsmayılova həkim-anestezioloq Nadir Təkləvinin həyat yoldaşıdır.
Məlumata görə, M. İsmayılovanın ölkəni tərk edərək Almaniyaya getdiyi bildirilir.