​Baş epidemioloq Azərbaycanda "donuz qripi"nin yayılmasından DANIŞDI

Baxış sayı:
10243

"Bu gün Azərbaycan respublikasında birmənalı olaraq donuz qripi deyə bir şey yoxdur". Bu sözləri ölkənin Baş epidemioloqu İbadulla Ağayev mətbuat konfransında deyib. O, bildirib ki, bu virus törədici virusdur, insanda da, heyvanda da eyni reaksiyanı yaradır: "Bütün tibb müəssisələrində nazir tərəfindən verilmiş əmr var. Qrip kütləvi şəkildə yayılsa, ona qarşı mübarizə aparmağa tam hazırıq. Donuz qripinə qarşı hər hansi bir vaksin yoxdur. Müxtəlif bölgələrimizdə havaların soyuması ilə əlaqədar olaraq soyuqdəymə halı müşahidə oluna bilər. Dərman deposu Səhiyyə Nazirliyinin tabeliyindədir. Nazirliyin icazəsi olmadan ölkəyə dərman gətirilə bilməz. Özəl şirkətlər peyvəndi gətirsə belə onu nazirliyin tabeliyindəki müvafiq müəssisələrində qeydiyyatdan keçirməlidir". İ.Ağayevin sözlərinə görə, heç kimə ölkəmizə giriş-çıxışla bağlı qadağa qoya bilmərik: "Bizim ölkəmizdən qonşu ölkələrə gedən şəxslərin də bu qripə yoluxmamaq ehtimalı 0-a bərabərdir. Çünki Gürcüstanda ölən 14 nəfər izolyasiya edilib. Oraya gedən turistlər həmin şəxslərlə təmasda olmayacaq".