Baş çeçen "qanuni oğru"nu azadlığa hazırlayırlar - Bazarlarda “qayda-qanun” yaratmalıdır…

Baxış sayı:
895

Çelyabinsk vilayətinin Kopeysk şəhər məhkəməsi «qanuni oğru» Əhməd Dombayevin (Əhməd Şalinski) 8 il müddətinə inzibati nəzarət altına alınması barədə qərar çıxarıb. Cəza 2019-cu ilin oktyarından – «kriminal general» azadlığa çıxan gündən qüvvəyə minəcək. Gözlənilir ki, Dombayev bazar biznesində Azərbaycan kriminal klanının, o cümlədən, Nadir Səlifovun (Lotu Quli) mövqeyini «irəli» aparacaq.

Hazırda Əhməd Dombayevin cəza çəkdiyi 15 saylı İslah müəssisəsi məhkəməyə müraciət edib. Kolonun nümayəndələri bildiriblər ki, Dombayev cəzaçəkmə yerində qoyulmuş qaydaların qatı pozucusudur, residivistdir, bununla əlaqədar 8 il inzibati nəzarət altında saxlanmalıdır. Cəzaçəkmə müəssisəsi nümayəndələri həm də ona qarşı aşağıdakı məhdudiyyətlərin tətbiq olunmasını xahiş ediblər: Saat 22:00-dən səhər saat 06:00-a qədər yaşayış yeri olan sahədən kənarda olmağın qadağan edilməsi; yaşayış rayonu ərazisindən çıxmağın qadağan edilməsi; məcburi qaydada hər ay iki dəfə yaşayış yeri üzrə daxili işlər orqanına gəlmək.

Məhkəmə cəzaçəkmə müəssisəsinin təkliflərini inandırıcı sayaraq, xahişi təmin edib. Dinləmələr zamanı Dombayevin azad olunmasının dəqiq tarixi də məlum olub – bu, 2019-cu il oktyabrın 9-da baş verəcək. Əməliyyatçılar hesab edirlər ki, bu tarixdən sonra kriminal dairələrdə hiss olnacaq dirçəlişlər yaşanacaq.
Həm Çeçenistanın özündə, həm də Rusiya «oğru dünyası»nın ayrı-ayrı nümayəndələri Dombayevə böyük ümid bəsləyirlər.

Hazırda demək olar, bütün çeçen «kriminal generallar» – İslam Bolşoy, Gilani Sedoy, Əziz, Hüseyn Slepoy - vətəndə yaşayırlar və oğru dairələrində «iqlim» yaratmırlar. Əziz Batukayevə ümid bəslənirdi, ancaq o, ümidləri doğrultmayıb və Çeçenistandakı kriminal favoritlər sırasından çıxıb. İslam Bolşoya və Gilani Sedoya da «stavka» etməyiblər. Respublikada qərara alınıb ki, Əhməd Şalinskini gözləsinlər – məhz o, çeçen mafiyasının rəhbəri olmalıdır.

d684f956fccecbe27703149528c7aaa0

Ehtimal edilir ki, Dombayev təkcə çeçenlərin «1 №-li qanuni oğrusu» olmayacaq və həm də əvvəllər Azərbaycan kriminal diasporunun nəzarəti altında olmuş ən «şirəli» obyektləri öz əlinə ala biləcək.

Böyük biznesin nümayəndələri həmişə maraqlı olublar ki, bazarlarda işləyən ayrı-ayrı diaspor nümayəndələri, ilk növbədə, topdansatış bazarlarında işləyənlər (ticarətçilər arasında Azərbaycan diaspor nümayəndələri üstünlük təşkil edirlər) bircə kriminal bosun nəzarəti altında işləsinlər. Bir vaxtlar bu işləri mərhum Rövşən Caniyev (Lənkəranski)yoluna qoyub, ancaq indi bu istiqamətdə bir neçə qruplaşma fəaliyyət göstərir: Lənkəranskinin qruplaşmasının qalıqları; Vaqif Süleymanovun briqadası; Əlibala Həmidovun (Qoca 2013-cü ildə öldürülüb) qruplaşmasının qalıqları; Nadir Səlifov klanının nümayəndələri. Bu qruplar tez-tez bir-biri ilə ölümcül müharibəyə baş vururlar. Bu da nə böyük biznes nümayəndələrini, nə də hüquq-mühafizə orqanlarını qane etmir.

Ehtimal olunur ki, mövcud situasiyanı kardinal şəkildə dəyişməyi yalnız Əhməd Dombayev bacarar və o, əhəmiyyətli dəstəyin olacağı təqdirdə, həmin kriminal boss olmağa cəhd göstərə bilər – bazarlarda işləyən bütün diaspor nümayəndələri onun nəzarəti altına keçər.

Dombayev – idmançıdır və dindardır. Müxtəlif şənləndirici preparatlardan istifadə etməsi halı qeydə alınmayıb. Demək olar ki, Dombayev lap gənc yaşlarından müxtəlif kolonlarda cəza çəkib. Cavanlıqda qarətçilik və quldurluğa görə mühakimə olunub, sonuncu dəfə isə böyük səs-küylü iş üzrə dəmir barmaqlılar arasına düşüb…/azpolitika.info/